Baydenin əlində sirli ləkə – Ciddi xəstəlikdən xəbər verə bilər


ABŞ Prezidenti Co Baydenin əlində və çənəsində ciddi xəstəliyə işarə edə biləcək qançırlar şəklində qəribə ləkələr müşahidə edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti məlumat yayıb.
Məlumata görə, ləkələr Baydenin Ağ Evdə çıxışı zamanı müşahidə edilib. Bu da onun ciddi sağlamlıq problemləri olduğuna dair fərziyyələrə səbəb olub. Fərziyyələrə görə, eyni ləkə Böyük Britaniya kraliçası II Elizavetanın ölümündən bir müddət əvvəl İngiltərənin o vaxtkı baş naziri Liz Trassla görüşərkən əlində müşahidə edilib.
Qəzetin məlumatına görə, sikkə ölçüsündə olan ləkə tünd bənövşəyi rəngə çalıb.
Materialın müəllifləri həmçinin Amerika televiziya kanallarından olan şərhçilərin fikirlərinə istinad ediblər. Xüsusilə, onlardan biri 20 yanvarda vəzifəsini tərk edəcək 82 yaşlı ABŞ Prezidentinin insult keçirə biləcəyini ehtimal edib.

DİGƏR XƏBƏRLƏR

Top