Moldova Ermənistanın “Flyone Armenia” aviaşirkətinin uçuşlarını qadağan edə bilər.
Yeniavaz.com “NewsMaker” portalına istinadla xəbər verir ki, bu barədə Moldovanın İnfrastruktur və Regional İnkişaf Nazirliyi məlumat yayıb.
Məlumata görə, nazirlik ölkədə fəaliyyətinə qadağa qoyula biləcək aviaşirkətlərin siyahısını hazırlayıb.
Siyahıya həmçinin, Rusiya, Əfqanıstan, Qırğızıstan, Tanzaniya Konqo, İran, Liviya və Sudan da daxil olmaqla bir neçə ölkədən aviadaşıyıcıların adları daxil edilib.
Layihə yanvarın 9-dək ictimai müzakirəyə çıxarılıb.