Gecə Şahdağda zəif qar yağıb


Bu gün saat 11:00-a olan faktiki hava açıqlanıb. 
Yeniavaz.com 
Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə Şahdağda zəif qar yağıb.
Pirallahı, Neft Daşları, Sabirabad, Cəfərxanda duman müşahidə olunub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 2 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 5, yüksək dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top