Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın sıxlığı müşahidə olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, hazırda sıxlıq olan yollar aşağıdakılardır:
1. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
2. Zərifə Əliyeva küçəsində;
3. Neftçilər prospekti, “Park Bulvar”-ın qarşısı;
4. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;
5. İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsi;
5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər.