Yeni Günəşlidə maşın polis bölməsinin hasarına çırpılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında Haldun Novruzzadə məlumat yayıb.
Bildirilib ki, hadisə bu gün səhər baş verib:
““Rent a car”dan götürülmüş maşını yüksək sürətlə idarə edib, əvvəl 3-4 maşına vurublar sonra da 33-cü bölmənin divarına çırpılıb”.
Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, qəzanın baş verməsinə ilkin ehtimal sürücünün idarəetməni itirməsidir. Faktla bağlı araşdırma aparılır.