Estoniyanın keçmiş prezidenti Arnold Ruutel 97 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Postimees” qəzeti məlumat yayıb.
Bildirilib ki, Ruutel dekabrın 31-i axşam Tallində dünyasını dəyişib.
Nəşr yazıb ki, dekabrın sonunda eks-prezident ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ölümün səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Arnold Ruutel 2001-2006-cı illərdə Estoniya prezidenti vəzifəsində çalışıb.