Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) xüsusi əməliyyatla PKK terrorçusunu zərərsizləşdirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə TRT-yə təhlükəsizlik mənbələrindən məlumat verilib.
Bildirilib ki, “Kurtay Batman” kod adlı terrorçu Nüsrəddin Dəmir İraqın Qara bölgəsində keçirilən əməliyyat zamanı zərərsizləşdirilib.
Qeyd olunub ki, o, 2021-ci ildə İraqın şimalında keçirilən “Pəncə-Kilit” hərbi əməliyyatı bölgəsində təhlükəsizlik qüvvələrinə qarşı əməliyyatların planlaşdırılmasında iştirak edib.