Stiven Siqal Rusiya vətəndaşlığını populyarlaşdırıb


Rusiya Daxili İşlər Nazirliyinin statistikasına əsasən, 2016-cı ilin yanvarından sentyabrinadək 193 min nəfər Rusiya vətəndaşlığı alıb. “Yeniavaz.az”ın RT-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya məsələləri baş idarəsinin rəis müavini Dmitri Demidenko deyib. Onun sözlərinə görə, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz çoxdur. D. Demidenko hesab edir ki, həmyerlilərin köçürülməsi üzrə dövlət proqramı və rus dilində sərbəst danışan və ondan gündəlik həyatında istifadə edən insanlar üçün vətəndaşlığa alınma sxeminin tezləşdirilməsi buna töhfə verib: “Həmyerlilər əcdadları müasir Rusiya ərazisində yaşamış və müəyyən səbəblərə görə mühacirat edən insanlar sayılır”. O əlavə edib ki, ilk növbədə MDB ölkələrinin vətəndaşları Rusiya pasportu almağa çalışır. D.Demidenko diqqətə çatdırıb ki, Stiven Siqal, Roy Cons və Jerar Depardye kimi məşhurların vətəndaşlığa qəbul edilməsi Rusiya vətəndaşlığının populyarlaşmasına töhfə verib.

DİGƏR XƏBƏRLƏR

Top