“Qalatasaray” sponsorluq gəlirlərini açıqladı – SOCAR-dan 15 milyon avro


Türkiyə futbolunun ən böyük lokomotivi olan “Qalatasaray” sponsorluq gəlirlərini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, sarı-qırmızılıların 25 milyon 850 min avro və 1 milyard 183 milyon 286 min lirə sponsorluq gəliri var.
“Qalatasaray”ın ən çox sponsorluq gəliri əldə etdiyi şirkətlər:
“Rams”: 245 milyon TL
“Sixt”: 195 milyon TL
“Pasifik”: 125 milyon TL
“Bilyoner”: 75 milyon TL
SOCAR: 15 milyon avro
Puma: 5 milyon avro
THY: 2,5 milyon avro
“Arkham”: 1,9 milyon avro
“Qalatasaray”ın sponsorluq gəlirlərinə nailiyyətlərə əsaslanan bonuslar daxildir.
Xatırladaq ki, 2023-cü ilin iyul ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Qalatasaray” arasında Sponsorluq Reklamı və Tanıtım Hüquqları müqaviləsi imzalanıb.

DİGƏR XƏBƏRLƏR

Top