Kürdəmirdə uşaq evliliyinin qarşısı alınıb


Kürdəmir rayonunun Sığırlı kəndində planlaşdırılan uşaq evliliyinin qarşısı alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat yayıb.
O bildirib ki, müvafiq araşdırma aparılır:
“Bu hadisəni işıqlandırmaq üçün kəndə yollanan “Xəzər” televiziyasının çəkiliş qrupuna qarşı zor tətbiq edən, eləcə də televiziyaya məxsus avadanlığı yararsız vəziyyətə salan kənd sakini müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar aparılır”.

DİGƏR XƏBƏRLƏR

Top