
Franko Zeffirellinin 1968-ci ildə çəkdiyi “Romeo və Cülyetta” filmindəki Cülyetta rolu ilə məşhurlaşan britaniyalı aktrisa Oliviya Hassi Eysli 74 yaşında vəfat edib.
Yeniavaz.com “Variety” jurnalına istinadla xəbər verir ki, bu barədə rejissor Mark Uestis məlumat verib.
Məlumata görə, argentina mənşəli aktrisa cümə günü yaxınlarının əhatəsində dünyasını dəyişib.
Juranalın məlumatına görə, Hassi xərçəng xəstəliyindən əziyyət çəkib.
O, ilk dəfə 13 yaşında ekrana çıxıb və artıq 15 yaşında Franko Zeffirellinin rejissoru olduğu “Romeo və Cülyetta” filmində Cülyetta rolunu oynayıb. Film iki “Oskar”a layiq görülüb. Hassinin özü isə bu roluna görə “Qızıl Qlobus” alıb.
Hassi həmçinin 1977-ci ildə çəkilmiş “Nazaretli İsa” serialında, 1982-ci ildə çəkilmiş “Ayvenho” filmində, həmçinin 1990-cı ildə çəkilmiş “O” mini serialında rol alıb.
Aktrisanın filmoqrafiyasında iyirmidən çox film var.
Tətbiqimizi yükləyə bilərsiniz