“İrəvan öz səfirini Minskə qaytarmaq niyyətində deyil”


Yerevan öz səfiri Razmik Xumaryanı Minskə qaytarmaq niyyətində deyil.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin məlumatına görə, Xumaryan hələ 2024-cü ilin iyununda məsləhətləşmələr üçün Ermənistana çağırılıb və bundan sonra o, Belarusa qayıtmayıb.
Xəbər verdiyimiz kimi, dekabrın 26-da Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanın Baş naziri Nikol Paşinyanla Belarus Prezidenti Aleksandr Lukaşenko arasında açıq şəkildə mübahisə olub. Mübahisə Paşinyanın Ermənistan nümayəndə heyətinin 2025-ci ilin mayında Minskdə Aİİ-nin növbəti iclasında distant formatda iştirak edəcəyini deməsindən sonra başlayıb. Ermənistanın Baş naziri koronavirusa yoluxduğu üçün Aİİ-nin hazırkı sammitinə də videobağlantı vasitəsilə qoşulub. Lukaşenko tədbirdə şəxsən iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top