2023-cü ilin oktyabrından bəri Qəzza zolağında 45 min 400-dən çox insan İsrail qüvvələri tərəfindən öldürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
“Ötən ilin oktyabr ayından bu yana İsrailin Qəzzada törətdiyi əməliyyatların qurbanlarının sayı 45 min 436 nəfərə çatıb, daha 108 min 038 nəfər yaralanıb”, - məlumatda bildirilir.
Qeyd olunub ki, son 24 saat ərzində anklavda İsrailin atəşi və bombardmanı nəticəsində 37 fələstinli ölüb, daha 98 nəfər yaralanıb.