“Qəzaya uğrayan təyyarənin ekipaj üzvləri vəzifələrini qəhrəmancasına yerinə yetirib”.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AZAL-ın prezidenti Samir Rzayev deyib.
O bildirib ki, hazırda bu məsələ dərindən araşdırılır və qəzanın səbəbləri müəyyənləşdiriləcək.
“Həyatını itirən şəxslərin cənazəsi iki gün ərzində ölkəyə gətiriləcək. Sağ qalan şəxslərin ölkəyə gətirilməsi isə günün ikinci yarısında həyata keçiriləcək”, - AZAL prezidenti deyib.