Qazaxıstanda yaradılmış hökumət komissiyası iclas keçirdi


Qazaxıstan Baş nazirin müavini Kanat Bozumbayev ölkənin Fövqəladə Hallar, Daxili İşlər, Səhiyyə nazirliklərinin, həmçinin Mülki Aviasiya Komitəsinin nümayəndələri ilə hökumət komissiyasının qərargah iclası keçirib, onların  məruzələrini dinləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə zakon.kz məlumat yayıb.
Bildirilib ki, Qazaxıstan hökuməti fövqəladə vəziyyətin aradan qaldırılması üçün bütün lazımi tədbirləri görəcək.
Baş nazirin müavini xilasetmə işlərinin davam etdirilməsi, zərərçəkənlərə dəstək və həlak olanların ailələrinə yardımın göstərilməsi ilə bağlı tapşırıqlar verib:
“Təyyarə qəzasında həlak olan Qazaxıstan vətəndaşlarının ailələrinə maddi yardım, həmçinin vəfat etmiş əcnəbi vətəndaşların Mangistau vilayətinə gələn yaxınlarına da lazımi yardım göstəriləcək”.

DİGƏR XƏBƏRLƏR

Top