İsrailin blokada altındakı Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində son 24 saat ərzində azı 23 nəfər ölüb, 40-a yaxın adam yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2023-cü ilin oktyabr ayından Qəzzada 45 min 361 nəfər ölüb, 107 min 803 nəfər yaralanıb.