Aktauda baş vermiş faciəvi təyyarə qəzası ilə əlaqədar qazaxıstanlılar Azərbaycanın Astanadakı səfirliyinə gələrək buraya gül dəstələri qoyublar.
Yeniavaz.com “Kazinform”a istinadla xəbər verir ki, həmçinin bir qrup Astananın sakini Aktau yaxınlığındakı təyyarə qəzasından sağ çıxan yaralılara qan vermək üçün paytaxtın Qan Mərkəzində növbəyə durublar.
Qeyd edək ki, bu gün Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. Sonuncu məlumata görə, 32 nəfər qəzadan sağ çıxıb.