Sağ qalanlardan 14-ü Azərbaycan vətəndaşıdır


Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan AZAL-a məxsus təyyarədə sağ qalanların 14-ü Azərbaycan vətəndaşıdır.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sağ qalanların 14-ü Azərbaycan, 10-u Rusiya, 2-si isə Qırğızıstan vətəndaşıdırlar. Daha 3 nəfərin vətəndaşlığı hələ müəyyən edilməyib.
Qeyd edək ki, AZAL təyyarənin göyərtəsində 62 sərnişin olduğunu açıqlayıb. İlkin məlumata görə, onlardan 37 nəfəri Azərbaycan vətəndaşı, 16-sı Rusiya vətəndaşı, 6-sı Qazaxıstan vətəndaşı, 3-ü Qırğızıstan vətəndaşıdır.

DİGƏR XƏBƏRLƏR

Top