Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəzaya uğrayan təyyarə ilə bağlı Azərbaycana başsağlığı verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisində (TBMM) baş tutan iclası zamanı danışıb.
“Azərbaycan təyyarəsinin Qazaxıstanda qəzaya uğradığını böyük kədərlə öyrəndik. Hər iki qardaş ölkəyə başsağlığı verir və şəfa diləklərimi çatdırıram”, - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, bu gün Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. İlkin məlumata görə, 28 nəfər qəzadan sağ çıxıb.