“ABŞ Suriyada hakimiyyətə gələnlərə qarşı sanksiyaları ləğv etmək istəyir” – Blinken


“ABŞ Suriyada hakimiyyətə gələn “Heyət Təhrir əl-Şam” (HTŞ) qruplaşması və onun lideri, Əbu Məhəmməd əl-Colani kimi tanınan Əhməd əl-Şaraa qarşı sanksiyaları ləğv etməyi düşünür”.
Yeniavaz.com
xəbər verir ki, bunu “Bloomberg TV”yə müsahibəsində ABŞ dövlət katibi Entoni Blinken təsdiqləyib.
“Biz bütün sanksiyaları nəzərdən keçiririk. Təkcə öz sanksiyalarımız deyil. BMT də HTŞ-ə və onun liderinə qarşı sanksiyalar tətbiq edib. Düşünürəm ki, Dəməşqdə inklüziv dünyəvi hökumət qurmaq üçün konkret addımlar görməliyik, bu, son nəticədə seçkilərlə yekunlaşacaq keçid dövrüdür. Əgər biz bu addımları görsək, o zaman cavab verə biləcəyik, ancaq müsbət bəyanatlar deyil, konkret tədbirlər görməliyik”, - Blinken deyib.
Onun sözlərinə görə, ABŞ-nin birbaşa təmaslar zamanı HTS-dən eşitdikləri müsbət olub:
“Məsələ onların əslində nə edəcəkləridir. Biz HTŞ-nin lideri cənab əl-Colanidən müsbət açıqlamalar eşitmişik. Bununla belə, hər kəs yerdə baş verənlərə, onların etdiklərinə diqqət yetirir. Suriyanın bütün vətəndaşlarını əhatə edəcək yeni hökumətə keçid üzərində işləyirlərmi?”
 

DİGƏR XƏBƏRLƏR

Top