Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirə gedib.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, ticarət naziri Ömər Bolat, MİT sədri İbrahim Kalın, Prezidentin kommunikasiya direktoru Fahrettin Altun və Prezidentin Xarici Siyasət və Təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç da Ərdoğanla birlikdə Misirə gedib.
Bildirilib ki, Ərdoğan Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək.
Qeyd olunub ki, Qahirədə keçiriləcək sammitdə regional və qlobal məsələlərlə yanaşı, iqtisadi əlaqələr də müzakirə olunacaq.