Tbilisidə Rustaveli prospektində etiraz aksiyası davam edir.
Yeniavaz.com “İnterpressnews”a istinadən xəbər verir ki, etirazçılar yolu bağlayıblar.
Bugünkü aksiyaya “Qərb təhsili ilə Avropaya!” şüarı ilə Aİ-nin Gürcüstandakı nümayəndəliyinə toplaşan iştirakçılar da qoşulub.
Yürüşdə Qərb ölkələrində təhsil almış və ya təhsilini Qərbdə davam etdirmək istəyən insanlar iştirak edib.
Bundan əlavə, yürüş iştirakçılarına Tbilisi Dövlət Universitetinin və İliya Dövlət Universitetinin tələbə və müəllimləri, tarixçilər də qoşulub.