AYNA əməkdaşlarının tibbi sığortasına 232 min manat xərcləyəcək


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi “Meqa Sığorta” ASC (VÖEN – 1400143091) olub.
Yeniavaz.com
 xəbər verir ki, “Meqa Sığorta” ASC AYNA-nın əməkdaşları üçün könüllü tibbi sığorta xidməti təqdim edəcək.
Bildirilir ki, AYNA ümumilikdə 800 əməkdaşın könüllü tibbi sığorta xidməti üçün “Meqa Sığorta”ya 232 min manat ödəyəcək.
Açıqlanan məlumatdan da göründüyü kimi, bir əməkdaş üçün ödəniləcək tibbi sığorta haqqı 290 manat olacaq.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top