“Şahdəniz-2”dən hasil edilən qazın həcmi açıqlanıb


Kommersiya məqsədli hasilatın başlanıldığı 30 iyun 2018-ci ildən bu ilin dekabrın 1-dək “Şahdəniz-2” layihəsi çərçivəsində 11,5 milyon ton kondensat və 66,6 milyard kubmetr qaz hasil edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Qeyd edək ki, “Şahdəniz-2” layihəsində BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), NİCO (10 %) "SGC Upstream" (21,02 %) şirkətləri iştirak edir.

DİGƏR XƏBƏRLƏR

Top