Əhalinin banklardakı əmanətlərinin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz artaraq 2024-cü il noyabr ayının 1-nə milli valyuta ekvivalentində 14 milyard 266 milyon manat təşkil edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında göstərilir.
Qeyd olunub ki, əmanətlərin 66,5 faizi milli, 33,5 faizi xarici valyutada qoyulub.
“Xarici valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz, milli valyutada olan əmanətlərin məbləği isə 16,5 faiz artıb”, - məlumatda deyilir.