Neymar zədədən sonra meydançada məşqlərə qayıtdı


“Əl-Hilal”ın hücumçusu Neymar meydançada məşqlərə qayıdıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesabında məlumat verilib.
Qeyd edək ki, noyabrda futbolçunun hamstrinq yırtığl səbəbindən təxminən 6 həftə meydana çıxa bilməyəcəyi məlum olub. Bundan əvvəl braziliyalı dizin çarpaz bağından və menisküsün qopmasından aldığı zədədən sonra bir il ərzində sağalıb.
Oktyabr ayında Neymar ilk dəfə meydanda çıxış edib. Çempionlar Liqasında “Əl-Ain” ilə matçda əvəzedici kimi meydana çıxıb. Növbəti oyunda o, daha bir zədə alıb.
KİV-də məlumat yayılıb ki, “Əl-Hilal” Neymarın fiziki vəziyyətini qiymətləndirdikdən sonra yanvarda onunla müqaviləni ləğv etmək variantlarını nəzərdən keçirir.

DİGƏR XƏBƏRLƏR

Top