Suriya ərazisində fəaliyyət göstərən və ermənilərdən təşkil olunan “Nubar Ozanyan” adlı terror qruplaşması PKK terror təşkilatına dəstək verəcəyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, terror qruplaşması Suriyanın Ayn-əl-Ərəb şəhərindəki tunellərin birində çəkilən videonu yayaraq PKK-ya dəstəyini bəyan edib.
Məlumat üçün bildirək ki, “Nubar Ozanyan” adlı terror qruplaşması daha əvvəl Türkiyə və Azərbaycana qarşı müxtəlif təhdidlər səsləndirib.
Qeyd edək ki, 2019-cu ilin 24 aprel tarixində qurulan “Nubar Ozanyan” adlı terror qruplaşmasına Suriyada öldürülən terrorçu Nubar Ozanyanın (Orhan Bakırcıyan) adı verilib. Qruplaşmanın başçılarından biri olan Masis Otanyaf deyib ki, bu qruplaşma Suriyanın Qamışlı, Haseke, Serekaniye, Dırbesiye və Amude kimi şəhərlərində yaşayan ermənilərdən təşkil edilib.