Türkiyəli sahibkara məxsus olan və Syerra-Leone bayrağı altında üzən “Lady Fortune” gəmisi fəlakət siqnalı (SOS) göndərib.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-a Rusiya Dənizçilərin Həmkarlar İttifaqından məlumat verilib.
Bildirilir ki, SOS siqnalı göndərən gəmi bir neçə gün əvvəl Kerç boğazından (Qara dəniz) ayrılıb. Gəmidəki 13 nəfər ekipaj üzvündən biri Türkiyə, digərləri isə Azərbaycan vətəndaşlarıdır.
Verilən məlumatda bildirilir ki, SOS siqnalının göndərilməsi pis hava şəraiti ilə bağlı deyil. Türkiyəyə getməli olan gəmidə su və yemək tükənib. Gəmi sahibi olan şəxs isə 6 aydır işçilərin əmək haqqını ödəmir. Gəmi ekipajı beynəlxalq dənizçilər birliyi ilə əlaqə saxlaya bilmədikləri üçün SOS siqnalı göndərməyə məcbur olublar.