Azərbaycanda günəş enerjisindən əldə olunan elektrik 8,7 dəfə artıb


Bu ilin ilk 11 ayında Azərbaycanda əmtəəlik elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2% və ya 1 milyard 842 milyon kVt/saat artaraq 25 milyard 932,5 milyon kVt/saat olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, istehsal olunan elektrik enerjisinin 86%-i və ya 22 milyard 302 milyon kVt/saatı İstilik Elektrik Stansiyalarının (İES) payına düşüb.
Ötən ilin eyni dövrü ilə müqayisədə İES-lərdə istehsal olunan elektrik enerjisi payında ciddi dəyişiklik olmayıb.
Su Elektrik Stansiyalarında (SES) istehsal olunan elektrik enerjisi ötən ilin eyni dövrü ilə müqayisədə 71,5% artaraq 2 milyard 780,9 milyon kVt/saata, Günəş Elektrik Stansiyalarında (GES) istehsal olunan elektrik enerjisi isə 8,7 dəfə artaraq 540,1 milyon kVt/saata çatıb. Külək Elektrik Stansiyalarında (KES) istehsal olunan elektrik enerjisi isə 8,3% azalaraq 48,6 milyon kVt/saat olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top