İsrail Suriya ordusunun silah-sursat anbarlarını bombalayıb


İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları gecə yarısından sonra Suriyanın Tartus, Huma və Homs əyalətlərindəki hərbi hədəflərə hücum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Al Manar” telekanalı məlumat yayıb.
Bildirilir ki, İsrail təyyarələri xüsusilə Tartus şəhərinin şərqində (Dəməşqdən 220 km aralıda) Suriya ordusunun silah-sursat anbarlarına raket hücumları həyata keçirib. Şahidlər bombalanan ərazilərdə böyük partlayışların olduğunu bildiriblər. Ölən və yaralananlar barədə məlumat verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top