Bu gün səhər saatlarında üç pilotsuz təyyarə Çeçenistanın paytaxtı Qroznı şəhərinə hücum edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Çeçenistanın başçısı Ramzan Kadırov məlumat verib.
Onun sözlərinə görə, iki PUA hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, üçüncüsü Rusiya Qvardiyasının çevik polis alayının ərazisinə düşüb.