Bakı metrosunda ölüm hadisəsi qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, buu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, hadisə bu gün səhər saatlarında baş verib.
“Səhər saat 5:30-da iş vaxtı bitərək “İnşaatçılar” stansiyasında iş yerini tərk etmiş Bakı metropoliteninin tunel qurğuları üzrə usta köməkçisi Saleh Məmmədov saat 8:50-də “Koroğlu” stansiyasında növbətçiyə yaxınlaşaraq, tibbi yardıma ehtiyacı olduğunu bildirib.
Dərhal ilkin yardım göstərilib, təcili və təxirəsalınmaz tibbi yardım xidməti çağırılıb. Bütün müvafiq tədbirlər görülsə də, Saleh Məmmədov dünyasını dəyişib”, - məlumatda deyilir.