
Rusiya prezidenti Vladimir Putin Novo-Oqarevoda Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevlə görüşüb.
Yeniavaz.com xəbər verir ki, müvafiq məlumat Kremlin saytında dərc olunub.
Qeyd edək ki, Putinlə Nazarbayev arasında 2023-cü ilin sonunda da görüş keçirilib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov o zaman qeyd etmişdi ki, həmin görüş tamamilə şəxsi xarakter daşıyır.
Xatırladaq ki, 84 yaşlı Nazarbayev Qazaxıstanın ilk prezidentidir (1991-2019). 2019-cu ilin mart ayında o, özünün imzaladığı sərəncamla istefa verib. Həmin vaxtdan ölkəyə Kasım-Jomart Tokayev rəhbərlik edir.
Tətbiqimizi yükləyə bilərsiniz