Türkiyədə məhkəmə zalında silahlı insident olub – Ölənlər var


Türkiyənin Bursa şəhərində məhkəmə zalında silahlı insident olub.
Yeniavaz.com
Haberler.com-a  istinadla xəbər verir ki, hadisə şikayətçinin atasının açdığı atəş nəticəsində baş verib.
İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
Hadisədə şübhəli bilinən şəxxs təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Silahın məhkəmə zalına əlil arabası ilə gətirildiyi ehtimal edilir.
Hadisə yerinə təcili yardım avtomobilləri cəlb olunub, həmçinin, məhkəmə binası boşaldılıb.

DİGƏR XƏBƏRLƏR

Top