Paşinyan Moskvaya getdi


Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvaya gedib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Ermənistanın baş naziri Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək.
O, özü təyyarədən çəkilmiş videonu sosial şəbəkələrdə yerləşdirərək, “Gəlin Moskvaya uçaq” yazıb.
Qeyd edək ki, iclas Avrasiya İqtisadi İttifaqının (Aİİ) 2015-ci il yanvarın 1-dən fəaliyyətə başlamasından bəri sayca 41-ci olacaq. Bundan əvvəlki görüş oktyabrın 1-də İrəvanda keçirilib. 2024-cü ildə Ermənistan Aİİ-yə sədrlik edir, gələn il isə sədrlik hüququ Belarusa keçəcək.
Görüş zamanı Aİİ ölkələrinin baş nazirləri inteqrasiyanın daha da dərinləşdirilməsi məsələlərini nəzərdən keçirmək niyyətindədirlər. Həmçinin iclasda enerji, sənaye və elektron ticarətin inkişafına xüsusi diqqət yetiriləcək.
Xatırladaq ki, hökumətlərarası Şura Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya hökumət başçılarından ibarətdir. Orqan Ali Avrasiya İqtisadi Şurasının qərarlarının icrasını təmin edir, Avrasiya İqtisadi Komissiyasına göstərişlər verir, habelə digər səlahiyyətləri həyata keçirir.

DİGƏR XƏBƏRLƏR

Top