“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turu çərçivəsində baş tutan görüşdə İsveçin “Elfsborq” klubuna məğlub olub.
Yeniavaz.com xəbər verir ki, “Köhlən atlar” səfərdə meydandan minima hesabla (0:1) uduzaraq ayrılıblar.
“Buros Arena”da baş tutan matçda yeganə qolu 57-ci dəqiqədə Ahmed Kasem vurub.
Qeyd edək ki, “Qarabağ” VII turda Rumıniya təmsilçisi FCSB ilə qarşılaşacaq. Görüş gələn il yanvarın 23-də baş tutacaq.
Xatırladaq ki, təmsilçimiz daha əvvəl Liqa mərhələsində keçirdiyi 5 oyundan 4-də meydanı məğlub halda tərk edib.