Endokrinoloq, tibb elmləri doktoru Zuxra Pavlova bildirib ki, başqalarına çox kömək edən, çox ünsiyyət quran və sosial əhəmiyyətini hiss edən insanlar bir az daha yavaş yaşlanır.
Yeniavaz.com xəbər verir ki, bu barədə həkim öz teleqram kanalında məlumat yayıb.
Pavlovanın fikrincə, qocalmanı könüllülüklə ləngitmək olar, çünki o, insanın sosial və fiziki aktivliyini artırır:
“Hətta ildə cəmi 49 saatını ictimai xidmət fəaliyyətlərinə həsr etmək belə yaşlı insanlar üçün sağlamlıq faydaları təmin edə bilər. Əgər ictimai iş ildə 50 ilə 199 saat arasında, yəni həftədə təqribən bir saatdan dörd saata qədər davam edərsə, bu, təqaüdçülərin rifahına maksimum fayda verəcəkdir. İldə 200 saatdan çox könüllü olaraq sağlamlıq faydaları təkcə təqaüdçülər üçün deyil, həm də işləyən insanlar üçün əhəmiyyətlidir”.
O, həmçinin sosial fəaliyyətin qocalıq demansının qarşısının alınmasında təsirli vasitə olduğunu xatırladıb.