“SpaceX” və “Tesla”nın qurucusu İlon Mask tarixdə sərvəti 400 milyard dolları keçən ilk şəxs oldu.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, bu istiqamətdə atılan son addım, “SpaceX”in səhmlərin satılması olub ki, bu da Maskın sərvətini təxminən 50 milyard dollar artıraraq 439,2 milyard dollara çatdırıb.
“Forbes” hazırda Muskın sərvətini 367,5 milyard dollar hesab edir. O, jurnalın milyarderlər siyahısında hələ də birinci yerdədir.
“Bloomberg” qeyd edir ki, 2022-ci ilin sonunda Maskın kapitalı 200 milyard dollardan çox azalıb, lakin son vaxtlar böyüməyə başlayıb və xüsusilə Donald Trampın ABŞ seçkilərindəki qələbəsindən sonra kəskin şəkildə artıb.
“Tesla” səhmləri, Trampın özünü idarə edən avtomobillərin istehsalını asanlaşdıracağı və elektrikli avtomobillər üçün vergi güzəştlərinə son qoyacağına dair gözləntilərdən sonra təxminən 65% bahalaşıb.
Maskın digər şirkəti “SpaceX” hazırda 350 milyard dollar dəyərində qiymətləndirilir ki, bu da onu dünyanın ən dəyərli özəl startapı edir.