“Taliban” hökumətinin naziri öldürüldü


“Taliban” hərəkatının yaratdığı Əfqanıstan hökumətinin qaçqınlar üzrə naziri Xəlilur-Rəhman Həqqani Kabildə törədilən terror aktı nəticəsində həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Əfqanıstanın “Ariana News” telekanalı mənbələrə istinadla məlumat yayıb.
Kanalın həmsöhbətlərinin sözlərinə görə, “Taliban” hökumətinin qaçqınlar üzrə naziri Əfqanıstanın paytaxtında nazirliyin binasında kamikadze hücumunun qurbanı olub.
Qeyd edək ki, Xəlilur-Rəhman Həqqani 7 sentyabr 2021-ci ildə “Taliban”ın həmin ilin avqustunda ölkəyə nəzarəti ələ keçirməsindən sonra Əfqanıstanın qaçqınlar naziri vəzifəsinə təyin edilib. O, “Taliban”a bağlı Həqqani Şəbəkəsinin lideri olan Siracuddin Həqqaninin qardaşı oğludur.

DİGƏR XƏBƏRLƏR

Top