“Kanal13” internet televiziyasının rəhbəri Əziz Orucovun məhkəməsi başlayır.
Yeniavaz.com xəbər verir ki, cinayət işi baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilərək hakim Günel Səmədovanın icraatına verilib.
Qeyd edək ki, məhkəmə işində zərərçəkmiş tərəf kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti göstərilib.
Xatırladaq ki, Ə.Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi, daha sonra isə 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Murad Məmmədov