Ərdoğan NATO-nun baş katibi ilə Suriyanı müzakirə etdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığı aparıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Türkiyə liderinin administrasiyasının bəyanatında öz əksini tapıb.
Məlumata görə, Ərdoğan Rutte ilə Suriyadakı vəziyyəti müzakirə edib və Ankaranın ölkənin terrordan azad edilməsinə yardım etməyə hazır olduğunu bəyan edib.
Ərdoğan vətəndaş müharibəsinin başladığı ilk gündən Suriyanın ərazi bütövlüyü və sabitliyinin qorunmasının tərəfdarı olduqlarını bildirib.
O deyib ki, Suriya Suriya xalqı tərəfindən idarə olunmalıdır.
Türkiyə prezidenti ölkəsinin terrordan azad edilmiş vahid Suriya qurmaq üçün əlindən gələni edəcəyini və bu istiqamətdə hər cür səy göstərməyə davam edəcəklərini bəyan edib.

DİGƏR XƏBƏRLƏR

Top