İsrail ordusu Qəzzada daha 3 hərbçisini itirdi


Qəzza zolağının şimalında Fələstinin HƏMAS qruplaşmasının bölmələrinə qarşı döyüşlər zamanı 3 İsrail hərbçisi həlak olub, 12 İsrail hərbçisi yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin məlumatına görə, Cəbəliyyədə HƏMAS yaraqlılarının yük maşınına tank əleyhinə mərmi ilə vurması nəticəsində “Givati” ​​briqadasının 3 hərbçisi həlak olub, 12 hərbçisi yaralanıb.
Bu məlumatları nəzərə alsaq, Yaxın Şərq münaqişəsinin yeni raundu zamanı həlak olan İsrail hərbçilərinin sayı 816 nəfərə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top