Son 24 saat ərzində İsrail qüvvələrinin sektoru atəşə tutması və bombalaması nəticəsində blokada altında olan Qəzza zolağında azı 50 nəfər ölüb, 84 nəfər yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
Nazirliyin məlumatında qeyd olunur ki, İsrailin anklavda hərbi əməliyyatlara başlamasından bəri ölənlərin sayı 44 min 758, yaralananların sayı isə 106 min 134 nəfərə çatıb.