Bu gün Azərbaycan Premyer Liqasında 16-cı turun oyunları çərçivəsində “Sabah” və “Qarabağ” klublarının qarşılaşması baş tutub.
Yeniavaz.com xəbər verir ki, qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Bu oyundan sonra "Qarabağ" klubu turnir cədvəlində 38 xalla 2-ci yerdə qərarlaşıb. Turnir cədvəlinin lideri isə 39 xalı olan "Araz-Naxçıvan"dadır.