Cənubi Koreyada hakim partiya prezidentin impiçmenti ilə bağlı səsverməni tərk etdi


Hakim “Vətəndaş Hakimiyyəti” partiyasından olan deputatlarının əksəriyyəti prezidentin impiçmenti ilə bağlı səsvermənin keçirildiyi parlamentin plenar iclasını tərk edib.
Yeniavaz.com
xəbər verir ki, iclas Cənubi Koreyanın YTN telekanalı tərəfindən translyasiya olunur.
Hakim partiyanın bu addımı Prezident Yun Sok Yolun impiçmenti ilə bağlı səsverməni boykot etmək cəhdi kimi qiymətləndirilir.
Prezidentin impiçmenti üçün 300 deputatdan 200-nün səsi kifayətdir. Hazırda hakim partiya parlamentdə 108 yerə sahibdir.

DİGƏR XƏBƏRLƏR

Top