ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Vaşinqtonda Ukrayna prezidentinin ofisinin rəhbəri Andriy Yermakla görüşdə bildirib ki, Kiyev 2025-ci ilin yanvarında baş tutacaq Donald Trampın andiçmə mərasiminə qədər ABŞ-dan daha bir yardım paketi alacaq.
Yeniavaz.com “The Guardian”a istinadla xəbər verir ki, yardımın hərbi hissəsinə yüz minlərlə əlavə artilleriya mərmisi, minlərlə raket və yüzlərlə zirehli texnika daxildir.
Bundan əlavə, ABŞ hərbçilərin Ukraynadan kənarda yerləşən obyektlərdə təlim keçməsinə kömək edəcəyini vəd edib.
Daha əvvəl CNN mənbələrə istinadən məlumat yaymışdı ki, Yermak Vaşinqtonda vitse-prezident Cey D.Vens və Trampın gələcək müşaviri Mayk Vals ilə görüşərək Ukraynadakı və cəbhə vəziyyəti müzakirə edib.