Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) nizamnamə fondu artırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, “Azərkosmos”un nizamnamə kapitalı 75 milyon manat və yaxud 18,8 % artırılaraq, 398 milyon 605 min 880 manatdan 473 milyon 605 min 880 manata çatdırılıb.