Dekabrın 5-də Ermənistan müdafiə naziri Suren Papikyan və ABŞ-nin müdafiə naziri Lloyd Ostin Pentaqonda görüşüb.
Yeniavaz.com “News.am” portalına istinadla xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüş zamanı müdafiə sahəsində Ermənistan-ABŞ əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub.
Görüşdə həmçinin, beynəlxalq və regional təhlükəsizliklə bağlı məsələlər müzakirə edilib.
Görüş zamanı Papikyan Ermənistanın regionda uzunmüddətli sülh əldə etmək istəyini bildirib. Öz növbəsində Ostin də ABŞ-nin bu məsələyə dəstəyini ifadə edib.