Cənubi Koreyada hərbi vəziyyət ölkənin Nazirlər Kabinetinin növbəti iclasında ləğv ediləcək.
Yeniavaz.com “Yonhap”a istinadən xəbər verir ki, bunu Cənubi Koreya Prezidenti Yun Sok Yöl deyib.
O əlavə edib ki, hərbi vəziyyətin tətbiqi üçün göndərilən qoşunlar geri çəkilib. Prezident parlamenti impiçment cəhdləri ilə hökumətin işini əngəlləməməyə çağırıb.
Xatırladaq ki, daha öncə Yun Sok Yöl ölkədə fövqaladə hərbi vəziyyət elan edib. Bundan sonra ölkə parlamentinin üzvləri tətbiq edilən hərbi vəziyyətin ləğvinə səs veriblər.