İsrail ordusunun hərəkətləri nəticəsində blokada altında olan Qəzza zolağında son sutka ərzində 40-a yaxın fələstinli ölüb, 100-ə yaxın fələstinli yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı anklavın Səhiyyə Nazirliyi yayıb.
“Son 24 saat ərzində İsrailin Qəzzaya təcavüzü nəticəsində 36 nəfər ölüb, 96 nəfər yaralanıb”, - nazirlikdən bildirilib.
Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail qüvvələrinin hərbi əməliyyatı başlayandan bəri Qəzzanın fələstinli əhalisi arasında ölənlərin ümumi sayı 44 502, yaralananların sayı 105 454 nəfərə çatıb.